Seyidov qərar verməyib “Şimal” da var, “Dinamo” da

13.05.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında çıxış edən “Şimal” mövsümü 3-cü pillədə başa vuracağını rəsmiləşdirərək 1-ci liqaya vəsiqə qazanıb.

Xaçmaz təmsiçisi qış fasiləsində heyətini gücləndirmək üçün “Dinamo”dan Valeh Seyidovu da cəlb etmişdi. Arıtq komanda istəyinə çatıb. Görəsən, Valek karyerasına orda davam edəcək, yoxsa “Dinamo”ya qayıdacaq?

“Hələlik dəqiq qərar yoxdu. “Dinamo”ya qayıtmağı nəzərdə tuturam. “Şimal” ilə də razılığa gəlməliyəm. Bu komandaya 1-ci liqada da hansısa dəstək lazım olarsa, qalmağı düşünə bilərəm. “Dinamo”nu növbəti il 1-ci liqaya çıxarmaq planımız da var”.


ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью