Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusiya qadağasının ləğvi Rusiyanı Litvaya qarşı güc nümayiş etdirməkdən çəkindirəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Litva Seyminin Hüquq və Qayda Komitəsi bəyan edib. Komitə çərşənbə günü öz ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusiya qadağasının ləğvini dəstəkləyib.
Düzəlişlər nəhayət təsdiqlənərsə, 137-ci maddə Litva Konstitusiyasından çıxarılacaq. Bu maddə, NATO-nun tələblərindən və ya Rusiyadan gələn təhdidlərdən asılı olmayaraq, Litva ərazisində kütləvi qırğın silahlarının və digər dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qadağan edir.
Seym sədri Yuozas Olekas qeyd edib ki, mövcud qadağa Litvanı NATO müttəfiqləri arasında daha zəif mövqeyə qoyur.
Onun sözlərinə görə, Litva birgə kollektiv müdafiə və çəkindirmə planlarını əlaqələndirərkən Alyansda kənar mövqedə görünür, çünki bu cür məhdudiyyətə malik yeganə ölkədir.
Düzəlişlər hələ də Seym tərəfindən səsverməyə təqdim edilməli və bundan sonra prezident tərəfindən imzalanmalıdır.
Xatırladaq ki, Şimali Avropa və Baltikyanı ölkələrdəki bir neçə media orqanının araşdırması göstərir ki, Rusiya Şimali Avropada NATO sərhədləri boyunca on minlərlə əsgər yerləşdirmək üçün yeni infrastruktur inkişaf etdirir.
Əziz Mustafa