Seymur Talıbovun rəhbəri olduğu federasiya ləğv edildi

26.11.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirinin qalibi olan şahmatçılar yetişdirib.

Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası federasiyanın sədri Seymur Talıbov idi.

Seymur Talıbov Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью