Şeynbaum ABŞ ı Meksikanın daxili işlərinə müdaxilədə ittiham etdi

01.06.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Meksika Prezidenti Klauida Şeynbaum ölkəsinə qarşı aparılan media və sosial şəbəkə kampaniyalarının arxasında xarici müdaxilə cəhdlərinin dayandığını bildirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, o, ABŞ-ı Meksikanın daxili işlərinə təsir göstərməyə çalışmaqda ittiham edib.

Şeynbaum həmçinin ABŞ Ədliyyə Nazirliyinin bir sıra meksikalı siyasətçilərin ekstradisiyasını tələb etməsini iki ölkə münasibətləri tarixində görünməmiş addım adlandırıb.

Prezident bu proseslərin 2026-cı ildə ABŞ-da və 2027-ci ildə Meksikada keçiriləcək seçkilərlə əlaqəli ola biləcəyini vurğulayıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью