Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Meksika Kubaya humanitar yardım göndərəcək.
ABŞ Prezidenti Donald Trampın Venesuela və Meksikadan neft tədarükünü kəsmək cəhdləri davam edərkən, Meksika Prezidenti Klaudiya Şeynbayum bu barədə açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, Meksika mərkəzli "La Jornada" qəzetinin xəbərinə görə, Şeynbayum deyib:
"Bu həftə Kubaya humanitar yardım göndərməyi planlaşdırırıq. Bu yardım Donanma Nazirliyi tərəfindən qida və digər məhsullardan ibarət olmaqla, diplomatik çərçivədə həyata keçiriləcək".
Şeynbayum Tramp ilə Kubaya neft nəqlinin dayandırılması mövzusunda razılıq əldə olunduğuna dair xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayaraq, təmasların yalnız Xarici İşlər Naziri Xuan Ramon de la Fuente ilə amerikalı həmkarı Marko Rubio arasında olduğunu ifadə edib.
ABŞ Prezidenti Tramp ilə Meksika Prezidenti Şeynbayum 30 yanvarda sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığı və ticarət mövzularında telefonla danışmışdılar. Donald Tramp 30 yanvarda milli fövqəladə vəziyyət elan edən və Kubaya neft satan və ya təmin edən ölkələrdən idxal olunan mallara gömrük rüsumu tətbiqinə imkan verən fərman imzalamışdı. Tramp 1 fevralda Kuba liderləri ilə neft tədarükünün tənzimlənməsi mövzusunda danışıqların başladığını elan etmiş, Kuba isə bunu təkzib etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin