Seyran Məmmədov vəzifədən çıxarılıb

25.03.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin direktoru Seyran Məmmədov vəzifədən çıxarılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub.

Xatırladaq ki, "Bakı Biznes Mərkəzi" 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью