Seysmik xəritələrdə uyğunsuzluqlar aşkarlanıb Köhnə binalar təhlükədədir?

30.10.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanda zəlzələlərin öyrənilməsi zamanı ciddi səhvlərə yol verilib.

"Bakupost" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli “Elin sözü” verilişində danışıb.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə hazırlanmış tektonik qırılma xəritələri bir-biri ilə uyğun gəlmir.

Tahir Məmmədli bildirib ki, həmin xəritələrlə şəxsən tanış olub və onların arasında ciddi uyğunsuzluqlar var:

“Dağlıq ərazilər 8 ballıq, digər ərazilər isə 7 ballıq seysmik zona kimi göstərilib. Lakin bu bölgünün heç bir elmi əsası yoxdur. 1980-ci ilə qədər Azərbaycanın əksər əraziləri, o cümlədən Abşeron 7 ballıq, Böyük Qafqaz isə 8 ballıq zona hesab olunurdu.

Beləliklə, 1991-ci ilə qədər tikilən binalar 7 ballıq seysmik davamlılıq nəzərə alınmaqla layihələndirilib. 1991-ci ildə isə yeni seysmik xəritəyə əsasən, bəzi ərazilərin göstəricisi 8 bala qaldırılıb. Mənim apardığım hesablamalara görə, Abşeron yarımadası da həmin xəritələrdə 8 ballıq seysmik zona kimi qiymətləndirilib".

Yaəmən, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью