Seysmoloji Mərkəz: Vulkan püskürməsi üç fazada qeydə alınıb

11.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

AMEA nəzdində RSXM bu gün Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə barədə məlumat yayıb.

RSXM-dən APA-ya verilən məlumata görə, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.

İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.

Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.

Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olmuşdur.

Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью