Seysmoloji Xidmət Mərkəzi: AzərbaycanErmənistan sərhədində zəlzələ baş verib AZƏRTAC

21.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 dekabr, AZƏRTAC

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhəddində zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью