Seysmoloqdan zəlzələ ilə bağlı 2 kritik ssenari

25.04.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ üçün Almaniyanın tanınmış seysmoloqlarından biri olan Marko Bohnhoff baş verə biləcək 2 kritik ssenari açıqlayıb.

News24.az TNS-a istinadla xəbər verir ki, bu barədə seysmoloq “Deutsche Welle”nin Türk müxbiri Sinem Özdemirə açıqlamasında bildirib.

Bohnhoffun sözlərinə görə, birinci ssenari 6,2 bal gücündə baş verən zəlzələnin əsas zəlzələ olması və zaman keçdikcə afterşokların azalacağı, ikinci ssenari isə gözlənilən güclü zəlzələnin hələ baş verməməsi və bu təkanların onun xəbərçisi ola biləcəyidir.

O, ikinci ssenaridə baş verə biləcək böyük zəlzələnin böyüklüyünün 7.4-ə çata biləcəyinə diqqət çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью