Şeyx də II İliyanın dəfnində iştirak edəcək

20.03.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.

O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:

"Orada başsağlığı verdim. II İliya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью