Şeyx Əbdül: “Aldığım təqaüd müalicələrimə yetmir”

28.10.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Artıq xəstəxanalardan əlimi üzmüşəm.  Ev şəraitində müalicə alıram. Bəzi  xəstəxanalardan narazıyam. Demək olar ki,  beş xəstəliklə mübarizə aparıram. O dərmanların  pulu  həddindən artıq yüksək məbləğdir. Aldığım təqaüd   müalicələrimə yetmir. Dərmanlarım o qədər çox pul tələb edir ki, məişət qayğılarımı qarşılaya bilmirəm. 

Bu sözləri  Adalet.az-a açıqlamasında  Xalq artisti  Əbdül  Mahmudbəyov (Şeyx  Əbdül)  söyləyib:

“Ən böyük  maddi və mənəvi dəstəyi  Mədəniyyət naziri cənab Adil Kərimlidən və  Kinemotoqrafçılar İttifaqının  sədri, Xalq artisti  Şəfiqə Məmmədovan görürəm.

Cənab nazir də, Şəfiqə Məmmədova da tez-tez zəng edirlər. Səhhətimlə maraqlanırlar.

Ancaq  evimdə 2-3 nəfər işsiz insan var ki, onların da qayğılarını çəkirəm. Onların işsiz olması da psixoloji olaraq məni sarsıdır.  Mənə ayrılan  təqaüd dərmanlarıma yetmir, nəinki məişət qayğılarımı ödəsin… 83 illik ömrünün 70 ilini kinoya həsr edən bir adam üçün bu durumda  olmaq çox çətindir. 
Dostlarımın bir çoxu sənət adamıdır. Sənət adamının nə maddi imkanı var ki, mənə kömək  etsin? İmkanı olanların da səsi çıxmır.
Amma mən yenə də səslənirəm ki,  ömrünü bu sənətə həsr etmiş qocaman sənətkar  kimi yardıma , maddi dəstəyə ehtiyacım var.  Müalicə aldığım xəstəxanalar hamısı özəldir. Müayinə qiymətləri  həddindən artıq  yüksəkdir.  Bir yox,  beş xəstəliklə mübarizə apardığım üçün  dərmanlarım tez- tez  başqaları ilə əvəzlənir. Bütün bunlar mənim artıq maddi gücüm daxilində deyil. 
Nə maddi, nə də mənəvi gücüm qalıb. Mübarizə aparmaq çox çətinləşib”. 

Əntiqə Kərimzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью