Şeyx Əbdül Mahmudbəyovdan sərt ittihamlar: “Saxta qurultaydır”

26.05.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultay ətrafında müzakirələr davam edir.

“Yeni Sabah”a danışan Şeyx Əbdül Mahmudbəyov qurultayla bağlı sərt fikirlər səsləndirib.

Tədbirdə iştirak etməyən Xalq artisti  keçirilən toplantını “saxta qurultay” adlandırıb: pizza mizza

“Mən orada iştirak etmirəm və özünə hörmət edən heç bir həmkarımın da həmin yalançı qurultayda iştirak etdiyini düşünmürəm. Bu, Əli İsanın qurduğu bir şoudur. Saman çöpündən şou düzəldir”.

Xalq artisti gənc həmkarlarına da çağırış edib:

“Mən gənc həmkarlarıma da məsləhət görmüşəm ki, avantürist Əli İsanın təşkil etdiyi bu şouda iştirak etməsinlər. Bu, onlar üçün ləkədir.

Əli İsa əvvəlcə rəhmətlik Rasim Balayevin xəstəliyindən istifadə etdi, indi də Şəfiqə Məmmədovanın arxasından iş çevirir. Mən bu saxta qurultay şousuna qatılmıram.

İttifaqda vəzifədə ola-ola namizəd olmaq böyük səhvdir. Guya nizamnamələrində belə bir bənd var. Hüquqi dövlətdə yaşayırıq. Özləri üçün ictimai rəy formalaşdırırlar, özlərini gözə soxur, şou düzəldirlər. Elə bilirlər kolxoz bazarıdır, başlarına beş-altı nəfəri yığıb sədr seçəcəklər”.

Qeyd edək ki, AKİ sədrliyi uğrunda hazırda qurumun sədr səlahiyyətlərini icra edən Xalq artisti Şəfiqə Məmmədova və ittifaqın katibi, rejissor Əli İsa Cabbarov namizədliklərini irəli sürüblər.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью