Şeyx Əbdülün səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

30.09.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın Xalq artisti Əbdül Mahmudbəyovun (Şeyx Əbdül) səhhəti ilə bağlı yeni məlumat açıqlanıb. Sənətkar bu gün müayinə və müalicə məqsədilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Bakı Sağlamlıq Mərkəzindən Modern.az-a verilən məlumata görə, Xalq artistinin ilkin tibbi müayinələrinə başlanılıb və lazımi müalicə tədbirləri həyata keçirilir. Şeyx Əbdül hazırda həkimlərin nəzarəti altındadır və ona zəruri tibbi yardım göstərilir.

Müalicə həkimi, tibb üzrə fəlsəfə doktoru, terapevt Günay İsmayılovanın sözlərinə görə, Xalq artistinin   müalicəsi davam etdirilir və vəziyyəti tibbi nəzarətdə saxlanılır.

Xalq artisti Əbdül Mahmudbəyov göstərilən diqqət və qayğıya görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə və tibb personalına təşəkkürünü bildirib.

Nicat Rüstəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью