Şeyx Təmim Suriyaya rəsmi səfər edən ilk ərəb lideri oldu

30.01.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Bəşər Əsədin devrilməsindən sonra Suriyaya rəsmi səfər edən ilk ərəb lideri olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində ərəb Şeyxi Suriyanın lideri Əhməd əl-Şara tərəfindən qarşılanıb. 

Hava limanında qarşılanma mərasimində Suriyanın baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Qəsrə və Qətərin Dəməşq səfirliyinin bir çox rəsmiləri də iştirak edib.

Qeyd edək ki, bir müddət öncə Suriyaya Türkiyə XİN rəhbəri Hakan Fidan gəlmişdi.

Mikayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью