Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Şəhidlər Xiyabanını ziyarət edərkən İranla bağlı sualdan yayındığını əks etdirən görüntülər yayılıb və dolayısı ilə Şeyx qınaq obyektinə çevrilib.
Allahşükür Paşazadənin iranpərəst olub-olmaması hər zaman müzakirə edilib: onun İrana xüsusi münasibət bəsləməsini də, 44 günlük savaş zamanı İranın olmayan “dəstəyi” haqda dediklərini də heç zaman unutmarıq.
Şeyxdən hazırda İranda baş verən proseslər haqda da soruşmaq olar - baxmayaraq ki, Şeyx siyasi müşahidəçi, politoloq və ya iqtisadçı deyil, çünki İranda baş verənlər daha çox iqtisadi-siyasi və sosial məsələlərdir, dini deyil.
Ancaq məscidlər də yandırılıb və Şeyx buna münasibət bildirə bilər və s.
Başqa sözlə, tabu-qadağa yoxdur, sual vermək, rəy öyrənmək jurnalistin haqqıdır.
Amma 20 Yanvar qətliamının 36-cı ildönümündə, Şəhidlər Xiyabanını ziyarətə gələn Allahşükür Paşazadəyə məhz İranla bağlı sual vermək...
Videoya diqqətlə baxın: Şeyxi Azərbaycandakı digər dini icmaların rəhbərləri müşayiət edir, yəni ölkəmizdəki dinlərin təmsilçiləri bir yerdə 20 Yanvar şəhidlərini ziyarət edirlər, həmrəylik göstərirlər...