Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 40 il əvvələ aid görüntüsü paylaşılıb.
"Yeni Sabah" xəbər verir ki, söhbət 1986-cı ildə Bakıda keçirilmiş "Müsəlmanlar sülh uğrunda" beynəlxalq konfransına dair reportajdan gedir.
Mərhum Mais Məmmədovun hazırladığı telesüjet keçmiş Mərkəzi Televiziyanın "Vremya" proqramında nümayiş olunub. Toyuqlu pizza
Reportajda şeyxülislam Allahşükür Paşazadə də əks olunub.
Xatırladaq ki, o, 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və o vaxtdan bu vəzifəni icra edir.