Şeyxin idarəsinə ayrılan pul ARTIRILDI

15.01.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondundan maliyyə yardımı ayrılan diniq qurumlar arasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də var. Bu il QMİ-yə 3 milyon manat vəsait ayrılıb.
Modern.az saytının məlumatına görə, bu vəsait Qafqaz Müsəlmanları İdarəsinə ayrılan pulun artırıldığını göstərir.
Belə ki, 2024-cü ildə Prezidentin Ehtiyat fondundan QMİ-yə 2 milyon manat ayrılmışdı.
2023-cü ildə QMİ-yə ayrılan vəsait isə 1 milyon manat təşkil etmişdi.
Qafqaz Müsəlmanları İdarəsinə şeyxülislam hacı Allahşükür Paşazadə sədrlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью