Şeyxin qudasının dənizkənarı obyektləri sökülür

03.02.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Keçmiş deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Teleqraf"a açıqlamasında Q.Salahzadənin özü deyib.
Sabiq millət vəkilinin sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.
"Obyektlər Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəm" - deyə, Q.Salahzadə bildirib.
Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb.
Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью