Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Həcc ziyarətində 36 il olmuşam.
Ümumilikdə isə ziyarətlərim bundan da çoxdur. Sadəcə 36 il ərzində gedib-gəlmişəm.
Elə illər olub ki, Həccə 2–3 dəfə səfər etmişəm, elə vaxtlar da olub ki, Kəbənin içinə iki dəfə girmişəm”.Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə deyib.Onun sözlərinə görə, ziyarətlərinin yeganə səbəbi Allahdır:“Allah məni sevir və qəbul edir ki, mən ora gedə bilirəm.
Allah istəməsə, mən yox, heç kim ziyarətə gedə bilməz”.Biznes fəaliyyəti ilə bağlı iddialara da münasibət bildirən Hacı Qalib Salahzadə bildirib ki, Bakıda hər hansı biznesi yoxdur:“Mənim Bakıda biznesim yoxdur.
Yalnız Bilgəhdə fəaliyyət göstərmişəm. 18 yaşımdan etibarən Bilgəhdə gülçülük – zambaq biznesi ilə məşğul olmuşam.
Dükanlarım olub və dolanışığımı da bununla təmin etmişəm. Nə Maştağada, nə Əmircan kəndində, nə də Bakının başqa ərazilərində biznesim olmay
Ərəbistanda biznesimin olması ilə bağlı deyilənlər isə əsassız şayiələrdir. Kim nə deyirsə, boş danışır”.
Leyla Turan Demokrat.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.