Şeyxin yeni müavini o oldu

22.05.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub. A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib.

Qeyd edək ki, C.Rüstəmov həm də Nərimanov rayonu Cümə məscidinin imamıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью