Şeyxülislam BMTnin Sivilizasiyalar Alyansının 10cu Qlobal Forumunda iştirak edəcək

23.11.2024

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə noyabrın 25-də Portuqaliyaya səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şeyxülislam noyabrın 26-27-də Portuqaliyanın Kaşkai şəhərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu yubiley Qlobal Forumunun açılışına qatılacaq. O, eyni zamanda, “Bəşəriyyət naminə iyirmiillik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda və “Dini məkanların mühafizəsi üzrə qlobal konfrans”da çıxışlar edəcək.

BMT-nin Baş katibi Antonio Quterreş də Sivilizasiyalar Alyansının yaranmasının iyirmiilliyinə həsr olunmuş 10-cu Qlobal Forumda iştirak edəcək.

A.Paşazadə noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına da qatılacaq.

Qeyd edək ki, şeyxülislam Direktorlar Şurasının üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью