Şeyxülislam Nəriman Həsənzadənin məzarını ziyarət edib

06.08.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün I Fəxri Xiyabana gedərək mərhum Xalq şairi Nəriman Həsənzadənin məzarını ziyarət edib.

Ziyarət zamanı Şeyxülislamı Qafqaz Müsəlmanları İdarəsinin digər rəsmi şəxsləri müşayiət ediblər. Allahşükür Paşazadə və QMİ rəhbərliyi mərhum Nəriman Həsənzadənin ruhuna dualar oxuyublar.

Xatırladaq ki, həm Nəriman Həsənzadə, həm də Allahşükür Paşazadə “Heydər Əliyev” ordeninə layiq görülüblər.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью