Səyyad Məmmədov direktor təyin edildi | Icma.az
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir. Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.
Axar.az Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Səyyad Çapay oğlu Məmmədov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Səyyad Məmmədov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor kimi çalışırdı.
Həmçinin o, müstəqil “Yeni Era” Uşaq və Gənclər Teatrının təsisçisi və direktorudur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu