Səyyad Salahlı İmişlidəki avtoqəzada yaralanan məktəblini ziyarət etdi FOTOLAR

21.01.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin deputatı Səyyad Salahlı bir neçə gün öncə İmişlidə baş vermiş avtoqəza nəticəsində yaralanmış məktəbli Məhbubə Əlizadəni müalicə olunduğu Yeni Klinikada ziyarət edib.

Gununsesi.info xəbər verir ki, deputat Yeni Klinikanın direktoru Barat Yusubovla, Məhbubə Əlizadənin atası Səbuhi Əlizadə ilə yaralı məktəblinin durumu və müalicənin gedişatı barədə müzakirə aparıb.

Klinika rəhbəri xəstənin hazırkı vəziyyəti, olunan müalicələr haqqında deputata məlumat verib.

Səyyad Salahlı yaradılan şəraitə və yaralı məktəbliyə göstərilən diqqətə görə klinika rəhbərliyinə təşəkkürünü bildirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью