Səyyar Asan xidmət Tiflisdədir

05.06.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ASAN xidmət” Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan vətəndaşlarına xidmət göstərir

Səyyar “ASAN xidmət” bu dəfə Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan vətəndaşlarına xidmət məqsədilə Tiflisə gedib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, Agentliyin əməkdaşları iyunun 5-7-də Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi üzrə xidmət göstərəcəklər.

Xidmətlərdən istifadə etmək üçün Elektron Növbə Portalından növbə götürmək mütləqdir: appointment.mfa.gov.az/az

Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd olunmalıdır.

Səfirlik binası Tiflisdə Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью