Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İranın Kəşfiyyat Nazirliyinə hücumda ölən şəxslərin adlarını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, “Aslan nərəsi” əməliyyatı çərçivəsində İranın kəşfiyyat nazirinin müavini Seyid Yəhya Həmidi, casusluq diviziyasının rəhbəri Cəlal Purhüseyn və onların yanında olan digər kəşfiyyat rəsmiləri öldürülüb.
Qeyd edək ki, bir müddət əvvəl İranın Kəşfiyyat Nazirliyinin binası hədəf alınıb.