Sezen Aksu çətin dövrdən keçən Ortaça belə dəstək oldu

14.02.2025

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli məşhur müğənni Sezen Aksu son günlər adı bir çox qalmaqalda hallanan və çətin günlərdən keçən həmkarı Serdar Ortaça dəstək olub.

Axşam.az xəbər verir ki, sənətçi 3 mahnısını Ortaça hədiyyə edib. Aksu bildirib ki, Ortaç "Türk musiqisi üçün çox dəyərlidir".

Qeyd edək ki, Ortaç sağlamlığında yaranan problemlər səbəbindən son konsertlərində ayaqüstə durmaqda çətinlik çəkib, bir neçə dəfə əlil arabasında görüntülənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью