Sezen Aksudan Sərdar Ortaça böyük jest

17.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar həm səhhətində, həm də maddi anlamda çətin günlər yaşayan Serdar Ortaça bəstəkar və müğənni Sezen Aksudan dəstək gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aksu bəstələdiyi üç mahnını ifa etməsi üçün Ortaca hədiyyə edib. "Serdar türk musiqisi üçün çox dəyərlidir" deyən Sezen Aksu hər zaman onun yanında olacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью