“Shahdag Running Fest” qaçış yarışında 600 ə yaxın həvəskar atlet mübarizə aparıb

13.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qusar, 13 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 13-də Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə “Shahdag Running Fest” qaçış yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda 600-ə yaxın həvəskar atlet qələbə uğrunda mübarizə aparıb.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna, Birləşmiş Krallıq və Avstriyanı təmsil edən idmançılar 53, 27 və 9 kilometr məsəfələr üzrə yarışıblar.

Birinciliyin qalibləri təşkilatçılar tərəfindən medallar və hədiyyələrlə təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью