“SHAURMA №1” patenti qanuni sahibinə qaytarıldı!

14.11.2024

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Bu gün Bakı Kommersiya Məhkəməsində “SHAURMA №1” restoranlar şəbəkəsinin əqli mülkiyyət (patent) hüququ üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Nərmin Əhmədovanın sədirliyi ilə keçirilən və 8 aya yaxın davam edən məhkəmə prosesində yekun qərar çıxarılıb. 
Beləki, “SHAURMA №1” restoranlar şəbəkəsinin patent hüququnun qanunsuz şəkildə mənimsənilməsi faktı təsdiqini tapıb. Məhkəmə prosesi vəkil Tural Şahbazovun və Mahir Tağıyevin müdafiəçisi olduğu Ceyhun Məhərrəmovun qələbəsi ilə başa çatıb.

Bügünki məhkəmə prosesində hakim Nərmin Əhmədova, patent hüququnun qanunsuz ötürülməsi faktına əsaslanaraq bu ötürülməni etibarsız hesab etməklə ədalətli məhkəmə qətnaməsi çıxarıb. Qərara əsasən Ceyhun Məhərrəmovun patent üzərində mülkiyyəti bərpa olunub. 

Ceyhun Məhərrəmovun müdafiəçiləri Bakı Kommersiya Məhkəməsində keçirilən ədalətli məhkəmə proseslərinə görə hakim və məhkəmə əməkdaşlarına təşəkkürlərini bildiriblər. 
Vəkil Tural Şahbazov məhkəmə proseslərində hüququn aliliyi prinsiplərinin qorunması və bərqarar olmasını çox sevindirici hal olaraq şərh edib.

Hurriyyet.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью