“Sheki Open” turnirinin açılış mərasimi keçirildi

20.06.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Sheki Open” turnirinin açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, festivalda 8 ölkədən 300-dək şahmatçı iştirak edir.

Şahmatçılar A və B qruplarında mübarizə aparırlar. Hər iki qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.

Yarışın mükafat fondu 23 450 manat təşkil edir. A qrupunun qalibi 5 100, B qrupunda ilk yeri tutacaq şahmatçı 1 000 manat qazanacaq.

Festival çərçivəsində həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, festival AŞF-nin “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca ikinci yarışıdır. Yarışa iyunun 24-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью