“Sheki Open”: Vüqar Manafov zirvədə

21.06.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Sheki Open" beynəlxalq şahmat festivalı davam edir. Sport24.az xəbər verir ki, A və B turnirlərində 9 ölkədən 260 şahmatçı iştirak edir.

Əsas yarışda üç turdan sonra vahid lider müəyyənləşib. Turnirə ardıcıl üç qələbə ilə start verən azərbaycanlı beynəlxalq usta Vüqar Manafov zirvədə qərarlaşıb. Altı şahmatçı ondan yarım xal geridədir, o cümlədən yarışın reytinq favoriti ukraynalı Vitali Bernadski və Xaqan Əhməd.

Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə təşkil olunub və doqquz turdan ibarətdir. Yarışa iyunun 25-də yekun vurulacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью