“Sheki Open”: Xaqan Əhməd zirvədə qərarlaşıb

25.06.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Şəkidə "Sheki Open" beynəlxalq şahmat festivalı davam edir. Sport24.az xəbər verir ki, səkkiz turdan sonra Xaqan Əhməd liderliyini qoruyur.

Şahmatçımız ardıcıl dörd qələbədən sonra heç-heçə edib və xalını 7-yə çatdırıb.

İkinci yerdə 6,5 xalla ukraynalı Vitali Bernadski, üçüncü yerdə isə 6 xal toplayan Vüqar Manafov qərarlaşıb.

qeyd edək ki, "Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью