SHXÇDX nin Abşeron rayon şöbəsində “rüşvət at oynadır” | Icma.az
Icma.az, Hurriyyet saytına istinadən bildirir. Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir...
Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki (SHXÇDX) neqativ hallar və bu halların cəmiyyətdə doğurduğu mənfi rezonans hər kəsə məlumdur.
Hüquq-mühafizə orqanlarının bu qurumda apardığı çoxsaylı həbslərə rəğmən, hələ də SHXÇDX-də bir sıra arzuedilməz hallar müşahidə edilməkdədir.
Sözügedən qurumun Abşeron rayon şöbəsində bu cür hallar daha çox diqqət çəkir.
Xidmətin son illər elektronallaşmasına baxmayaraq, SHXÇDX-nin Abşeron rayon şöbəsində süründürməçilik əvvəlki kimi davam edir.
Həqiqi hərbi xidmətə getmək üçün müraciət edən çağırışçılar günlərlə şöbəyə ayaq döyməli, müxtəlif arayışlar almaq üçün fərqli qurumlara müraciət etməli olur.
Bütün sənədlər toplanandan sonra da çağırışçıların hərbi xidmətə yola salınması üçün konkret vaxt təyin edilmir.
Bu səbəbdən də eyni çağırşıçı lazım oldu-olmadı hər gün SHXÇDX-nin Abşeron şöbəsinə gəlib-getməli olur.
Tam oxu
Xəbəri oxu