Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov daha bir keçmiş MTN əməkdaşına yüksək vəzifə verib.
Reyting.az Mia.az-a istinadla xəbər verir ki, ləğv edilmiş MTN-də Huquq idarəsinin rəisi işləmiş Bəxtiyar Hacıyev SHXÇDX-nin Hüquq İdarəsinin rəisi təyin olunub.
Xatırladaq ki, M.İbrahimov bundan əvvəl sabiq MTN-çi Tehran Babatovu Kadrlar Baş İdarəsinin rəisi, digər MTN-çi Hikmət İsbatovu isə özünə köməkçi götürüb. Adıçəkilən hər iki MTN-çı haqqında da vaxtilə ağır ittihamlar irəli sürülüb.

