Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellekt elmi kəşflərin sürətini görünməmiş həddə çatdırır. OpenAI tərəfindən idarə olunan 10 min AI agentinin 88 saat ərzində riyaziyyatın ən çətin tapşırıqlarından sayılan Navye-Stoks probleminin həllini hazırlaması bunu bir daha sübut edir. Bənzər mürəkkəb nəzəriyyələrin insan alimlər tərəfindən işlənməsi onilliklər tələb edirdi.
Texnoloq Elvin Həsənov Demokrat.az-a bildirib ki, ümumiyyətlə bu hadisəyə AI alimləri əvəz etdi kimi baxmaq düzgün olmaz. Onun sözlərinə görə, ən doğru yanaşma süni intellekt elmi araşdırmanın efekktivliyini kəskin artırmağa başlayıb.
“Əsas dəyişiklik isə süni intellekt bir problemin üzərində eyni anda minlərlə fərqli yanaşmanı sınaqdan keçirə bilir, variantları müqayisə edə və insanın aylarla görəcəyi ilkin araşdırmanı çox qısa vaxta sala bilər.
OpenAI-nin açıqladığı bu nümunə də göstərir ki, koordinasiyalı AI agentləri mürəkkəb elmi məsələlərdə artıq sadəcə köməkçi yox, ciddi tədqiqat alətinə çevrilir. Amma burda ən vacib məsələ nəticənin sürətlə tapılması yox, onun doğru olub-olmamasıdır. Riyaziyyatda xüsusilə Navye-Stoks kimi fundamental problemdə AI belə nəticə verdi demək də kifayət etmir.
Sübut addım-addım yoxlanmalıdır, başqa alimlər həmin məntiqi təkrar təsdiqləməlidir və mümkün qədər formal yoxlama sistemlərindən istifadə olunmalıdır”.
Elvin Həsənov əlavə edib ki, AI həlli yarada bilər, amma elmi həqiqət yalnız müstəqil təsdiqdən sonra qəbul olunur:
“AI çox inandırıcı, amma yanlış nəticə də yarada bilər. Elə buna görə belə həllər üçün əsas meyarlar müstəqil şəxs vəya ekspert yoxlaması, mənbələrin şəffaflığı və nəticənin əvvəlki elmi işlərdən fərqinin aydın göstərilməsidir.
Müəlliflik məsələsi də ayrıca önəm qazanacaq, çünki AI-nin hansı mənbələrdən, hansı əvvəlki işlərdən və hansı ara nəticələrdən istifadə etdiyi gələcək elmi etikada ciddi müzakirə mövzusu olacaq”, - deyə texnoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Texnoloq Elvin Həsənov Demokrat.az-a bildirib ki, ümumiyyətlə bu hadisəyə AI alimləri əvəz etdi kimi baxmaq düzgün olmaz. Onun sözlərinə görə, ən doğru yanaşma süni intellekt elmi araşdırmanın efekktivliyini kəskin artırmağa başlayıb.