Si Cinpin 10 ildən sonra Misirə səfər edib

03.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Misirin paytaxtı Qahirəyə səfər edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin lideri 10 illik fasilədən sonra rəsmi danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirəyə gəlib.

Si Cinpinin Qahirəyə səfəri Misir-Çin münasibətlərinin infrastruktur və ticarətdən kənara çıxaraq strateji tərəfdaşlığa qədər genişləndiyi bir dövrə təsadüf edir.

Bildirilib ki, səfər strateji tərəfdaşlıq müqaviləsinin icrasını izləmək və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün planlaşdırılıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью