Si Cinpin ABŞ yə bu tarixdə səfər edəcək Tramp açıqladı

05.02.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ilin sonunda Ağ Evə səfər edəcəyini gözlədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına verdiyi müsahibədə qeyd edib.
“Mən aprel ayında orada (Çində) olacağam, sonra isə o (Si Cinpin) ilin sonuna qədər Ağ Evə gələcək”, - Tramp bildirib.
Ağ Ev rəhbəri həmçinin, Çin lideri ilə yaxşı münasibətlərinin olduğunu qeyd edib.
“Əsas məsələ odur ki, mənim onunla, onun da mənimlə yaxşı münasibətləri var”, - Tramp əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью