Icma.az bildirir, Ayna portalına istinadən.
"Biz pilotsuz və ağıllı texnologiyaların hərbi tətbiqini gücləndirməli və tədricən ağıllı hərbi sistem qurmalıyıq"
Çin orduda pilotsuz və ağıllı texnologiyaların istifadəsini gücləndirəcək və tədricən “ağıllı ordu” quracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin lideri Si Cinpin Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun milli müdafiə və silahlı qüvvələrin modernləşdirilməsi ilə bağlı birgə tədqiqat sessiyasında bildirib.
"Biz pilotsuz və ağıllı texnologiyaların hərbi tətbiqini gücləndirməli və tədricən ağıllı hərbi sistem qurmalıyıq", - deyə bildirib.
Çin liderinin sözlərinə görə, döyüş hazırlığı hərbi modernləşmənin əsas qaydası və meyarı olaraq qalır. O, şəbəkələşdirilmiş informasiya sistemlərinin inkişaf etdirilməsinə, döyüş qabiliyyətlərinin inteqrasiyasının təkmilləşdirilməsinə, real sınaqların aparılmasına və döyüş təliminin gücləndirilməsinə çağırıb.
Si Cinpin həmçinin korrupsiyaya qarşı mübarizənin dərinləşdirilməsinə və böyük hərbi layihələr üçün nəzarət sisteminin təkmilləşdirilməsinə çağırıb. O, ÇKP-nin silahlı qüvvələr üzərində mütləq liderliyini təmin etməyin vacibliyini vurğulayıb.
“Çin Xalq Azadlıq Ordusunun 100 illik yubileyi ilə bağlı hədəflərə müəyyən edilmiş müddət ərzində çatmalı və milli müdafiənin və silahlı qüvvələrin əsaslı modernləşdirilməsi istiqamətində qətiyyətli irəliləyiş əldə etməlidir”, deyə Çin prezidenti bildirib.