Si Cinpin APEC liderlərinin görüşünə sədrlik edəcək

13.11.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin lideri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının qarşıdakı qeyri-rəsmi liderlər görüşünə sədrlik edəcək.

APA xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşün mövzusu “Asiya-Sakit Okean icmasının qurulması və ümumi rifahın təşviqi” olacaq.

Bundan əlavə, 17-18 noyabr tarixində Çin lideri APEC-in biznes liderləri sammitində iştirak edərək əsas nitqlə çıxış edəcək.

O, həmçinin təşkilata üzv iqtisadiyyatların liderləri və nümayəndələri üçün ziyafət verəcək, xarici ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью