Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək zirvə toplantısında iştirak edəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, məlumatı Çin Xarici İşlər Nazirliyi 26 avqustda yayıb.
"Çin Prezidenti Si Cinpin Bişkekdə 30 avqust - 3 sentyabr tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcək", - deyə açıqlamada bildirilir.
Nazirliyin sözçüsü Lin Cian deyib ki, Si ŞƏT-ə üzv dövlətlərin liderləri ilə təşkilat daxilində bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də cari və vacib beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaq.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin