Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qarşılıqlı hörmət böyük dövlətlər arasında münasibətlərin əsas prinsipidir.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla Şençjendə keçirilən üçtərəfli görüşdə bildirib.
Çin prezidenti bildirib ki, dünyanın aparıcı gücləri ərazi bütövlüyünə hörmət göstərməlidir:
"Soyuq müharibə düşüncəsindən imtina etmək, ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək, ehtiyatlarla zəngin, istehsal və istehlakçı yönümlü ölkələrin güclü tərəflərini birləşdirmək, əməkdaşlıq imkanlarını birgə genişləndirmək və qarşılıqlı və ortaq faydalara nail olmaq lazımdır. İqtisadi əlaqələr və təchizat zəncirləri kəsilməməlidir".
O əlavə edib ki, düzgün yanaşma qarşılıqlı hörmətdən, fikir ayrılıqlarını qəbul edərkən ortaq məxrəc tapmaqdan və birlikdə inkişaf etməkdən ibarətdir.
Gülşən Şərif