Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinin ilin sonunda ABŞ-yə səfərinin gözlənildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Davosdan Vaşinqtona uçarkən təyyarədə jurnalistlərlə söhbətində qeyd edib.
Tramp həmçinin, aprel ayında Çinə səfər etmək niyyətini də açıqlayıb.
“O, ilin sonunda ABŞ-yə gələcək. Prezident Si Cinpinlə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə Amerika lideri bildirib.
Qeyd edək ki, Tramp oktyabr ayında Si Cinpinlə telefon danışığından sonra onun 2026-cı ilin aprelində Çinə səfər etmək dəvətini qəbul etdiyini bildirmişdi. O, həmçinin, Çin liderinin daha sonra ABŞ-yə dövlət səfəri edəcəyini qeyd etmişdi.
ABŞ Maliyyə Naziri Skott Bessent isə əvvəllər Tramp və Si Cinpinin 2026-cı ildə dörd görüş keçirə biləcəyini irəli sürmüşdü. O, iki dövlət səfərinə əlavə olaraq, liderlərin Florida ştatının Doral şəhərində keçiriləcək İyirmilik Qrupunun (G20) görüşündə və Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunda danışıqlar apara biləcəklərini qeyd etmişdi.