Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Çin-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Doğru.az xəbər verir ki, Si Cinpin Ağ Evdə çıxışı zamanı iki ölkənin münasibətlərində dialoqun və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, liderlər arasında keçirilən görüş bir sıra aktual məsələlər üzrə ümumi yanaşmaların formalaşdırılmasına imkan verib.
ABŞ Prezidenti Donald Tramp da görüş zamanı Çinlə münasibətlərdə əməkdaşlıq və ticarət məsələlərinin müzakirə ediləcəyini bildirib. Liderlərin danışıqlarında ticarət, süni intellekt, təhlükəsizlik və Tayvan məsələsi də gündəmdə olub.
DOĞRU.AZ