Si Cinpin İlham Əliyevi Çinin böyük dostu adlandırıb Deputat | Icma.az
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Azərbaycanla Çin arasında münasibətlər uğurla inkişaf edir.
Dövlətimizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Çinin CGTN televiziya kanalına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib.
Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir.
Hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib.
Tam oxu
Xəbəri oxu