Si Cinpin internet platformalarına və bloqqerlərə nəzarəti gücləndirməyi tapşırıb

29.11.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin internetin idarə olunması üçün uzunmüddətli mexanizmin yaradılmasını və bloqqerlərin, onlayn platformaların fəaliyyətinə nəzarətin sərtləşdirilməsini tapşırıb.

Bizimyol.info xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, dövlət başçısı: “Şəbəkə xaosuna qarşı cəsarətlə mübarizə aparmaq, maraq zəncirlərini qırmaq və onların yaranma zəminini aradan qaldırmaq lazımdır”, - deyə qeyd edib.

Si Cinpin internet platformaları, şəxsi bloqlar və MCN agentliklərinə (influencer hesablarını idarə edən şirkətlər) daha ciddi sosial məsuliyyət daşımağı və müsbət məzmun yaymağı tapşırıb.

Si Cinpin həmçinin süni intellekt və böyük məlumatların inkişafının yaratdığı çətinlikləri qeyd edərək, bu sahədə təhdidlərin təsnifatı və məlumatların qorunması mexanizmlərinin təkmilləşdirilməsi barədə tapşırıqlar verib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью