525.az saytına istinadən Icma.az xəbər verir.
Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət edib.
525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iki liderin videokonfrans vasitəsilə danışıqlarındansonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, dəvət minnətdarlıqla qəbul edilib. Vaxt və detallar daha sonra müzakirə olunacaq.
Uşakov əlavə edib ki, Çin lideri Rusiya prezidentini noyabr ayında Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində iştiraka dəvət edib. O bildirib ki, Rusiya Çin sədrliyinin fəaliyyətini dəstəkləyir və Putin bu görüşdə iştirak etməyə hazırdır.
Pərvanə Sultanova