Si Cinpin qadınlarla bağlı mübarizəyə çağırdı

13.10.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qlobal Qadınlar Sammitinin açılış mərasimində çıxış edib və bütün beynəlxalq ictimaiyyəti münaqişələrin gərginliyini azaltmağa çağırıb.

Bu barədə Oxu.Az KP.ru-ya istinadən xəbər verir.

Məlumata görə, Si Cinpin sülhü "qadınların hərtərəfli inkişafı üçün ilkin şərt" adlandırıb və döyüş əməliyyatları zonalarında qızların qorunmasına çağırıb.

Çin lideri, həmçinin zorakılığa qarşı mübarizəyə də çağırış edib. O qeyd edib ki, qadınların "münaqişənin qarşısının alınmasında"kı rolları dəstəklənməlidir.

"Biz ümumi, hərtərəfli, birgə və dayanıqlı təhlükəsizlik konsepsiyasına qətiyyətlə riayət etməli, dünyada sülhü qorumalı və qadınlara müharibənin qaranlığından uzaq, xoşbəxtlik və əmin-amanlıq günəşində üzməyə imkan verməliyik", - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью