Si Cinpin Şanxayda BMT nin baş katibi Antonio Quterreşlə görüşüb

17.07.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Çin Xalq Respublikasının Sədri Si Cinpinq BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Görüş Şanxayda keçirilən Süni İntellekt üzrə Ümumdünya Konfransı çərçivəsində baş tutub.

İyulun 16-da konfrans zamanı 29 ölkənin nümayəndələri, o cümlədən Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev, süni intellekt sahəsində əməkdaşlıq üzrə Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsis edilməsinə dair sazişi imzalayıblar.

Görüşün məzmunu və tərəflər arasında aparılan müzakirələrin detalları barədə əlavə məlumat açıqlanmayıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью